Sen
2018
14:44
308
30
6235
Virtual karabakh

Qurban Qurbanov Avropa məşqçiləri arasında hamıdan öndə

5 Sen, 2018
14:44
6235

Qurban Qurbanov Avropa məşqçiləri arasında hamıdan öndə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Avropa Liqasında çıxış edəcək klubların baş məşqçiləri ilə bağlı maraqlı statistika açıqlanıb.

Oxu.Az xəbər verir ki, söhbət çalışdırdığı komandaya ən sadiq məşqçilərdən gedir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sözügedən siyahıda hamıdan öndə qərarlaşıb.

Belə ki, o, Avroliqa iştirakçılarının baş məşqçiləri arasında hazırkı vəzifəsində ən uzun müddət qalan mütəxəssisdir. Qurbanov “Qarabağ”ı 2008-ci ildən çalışdırır.

2013-cü ildən Danimarkanın “Kopenhagen” klubuna rəhbərlik edən norveçli Stole Solbaken isə bu göstəricidə ikincidir.

Xatırladaq ki, Qurban Qurbanov 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən komandaların baş məşqçiləri arasında da bu göstəricidə lider idi.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri