Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanın daha bir Olimpiya medalı əlindən alınır
Olimpiya çempionumuz Valentin Xristov altı il əvvəl qazandığı Olimpiya medalından məhrum ediləcək.
Oxu.Az xəbər verir ki, 2012-ci il London Olimpiadasında 56 kq çəki dərəcəsində bürünc medal qazanmış bolqarıstanlı legionerimizin qanında dehidroxlormetiltestosteron maddəsi tapılıb.
Belə ki, təkrar test zamanı Xristov, ukraynalı Aleksey Toroxti, özbəkistanlı Ruslan Nurudinov, ermənistanlı Meline Daluzyan və belaruslu Nikolay Novikovda dopinq aşkarlanıb.
London-2012-də 105 kq-da qızıl medal qazanmış Toroxti və 56 kq-da bürünc medal əldə etmiş Xristovdan medal alınacaq. Həmin medal Xristovun çəkisində IV yeri tutmuş vyetnamlı Le Kuok Toan Tranyuya veriləcək.
Onu da bildirək ki, 2011-ci ildə milliləşdirilmiş, atası bulqar türkü olan Valentin Xristov artıq iki dəfə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən cəzalandırılıb. Birinci dəfə 2013-cü ildə Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında onun qanında dehidroxlormetiltestosteron (turinabol) maddəsi tapılmışdı.
Onda Xristov iki illik cəzalandırılmışdı. Azərbaycan millisində daha üç atletdə dopinq testi müsbət çıxdığından, Azərbaycan Ağır Atletika Federasiyası 500 min dollar ödəməyə məhkum edilmişdi.
2015-ci ilin aprelin 9-da cəzası bitən Valentin Xristov həmin ilin noyabrında ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında bürünc medal qazansa da, yenə dopinqə ilişmişdi. Nandrolon maddəsi ilə yaxalanmış legionerimiz ikinci belə hərəkətinə görə səkkiz illik cəzalandırılmışdı. Ondan başqa, millimizin daha beş ağırlıqqaldıranında dopinq tapılmışdı. Xristovun cəzası 2023-cü ilin dekabrın 14-də başa çatacaq.
Qeyd edək ki, artıq Azərbaycanın təcrübəsində Olimpiya medalını qaytarmaq kimi acı təcrübə var. Belə ki, yunan-Roma güləşçimiz Vitali Rəhimov 2008-ci il Pekin Olimpiadasında gümüş medal qazansa da, onun dopinq nümunəsinin təkrar analizi zamanı dopinqdən istifadə etdiyi müəyyənləşib. Buna görə 2016-cı ilin 17 noyabrında idmançımız medaldan məhrum edilmişdi.
Səbuhi MUSAYEV
"Azərbaycan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb