Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tofiq Bəhramov adına Respublika Stadionunun damı uçub - AÇIQLAMA
Tofiq Bəhramov adına Respublika Stadionunun damı uçub.
Oxu.Az bu məqsədlə arenanın direktoru Şamil Quliyevin fikirlərini öyrənib:
“Güclü külək zamanı dam örtüyü qopub. Bu stadionun təmiri ilə 2012-ci ildə cənubi koreyalı mütəxəssislər məşğul olublar. Onları yenidən bura dəvət etdik ki, öz məsləhətlərini, rəylərini versinlər. Çünki materiallar xaricdən gətirilib. Örtüyün bərpası ilə yerli mütəxəssislər məşğul olacaq. Bərpa prosesi uzağı bir həftə çəkəcək. 650 dərəcə temperaturda həmin örtük xüsusi texnologiya vasitəsilə yapışdırılacaq.
Həmin yerlər yamaq kimi görünməyəcək. Çünki örtükdə cırılma yoxdur, sadəcə qopub. Əmin edə bilərəm ki, bu yer daha qopmayacaq”.
Qeyd edək ki, stadionda fevralın 3-də Azərbaycan Premyer Liqasının “Qarabağ” – “Neftçi” görüşü keçiriləcək. XV turun görüşü saat 18:30-da başlayacaq.
Səbuhi MUSAYEV
"Azərbaycan" teqi üzrə xəbərlər
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"
- Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib