Bu il də “Formula-1”də “Mercedes” komandası Konstruktorlar kubokunu qazanıb.
Yaponiyada keçirilən Qran-pridə “Mercedes” pilotları 1-ci və 3-cür yerləri tutmuş Valtteri Bottas və Luis Hemilton ümumilikdə 41 xal toplayaraq yaxın izləyiciləri olan “Ferrari” komandası üçün əlçatmaz olublar.
Qeyd edək ki, “Ferrari”də Sebastyan Fettel 2-ci, Şarl Lekler isə 6-cı yeri tutublar.
Bununla da alman komandası 6-cı dəfə ardıcıl olaraq Konstruktorlar kubokunu əldə edir.
Rəylər