“Azarkeşlərə şou göstərmək istəyirik. Bir görüş də artıq keçirə bilərdik. Serbiyanın gəlməməsi bizi bundan məhrum etdi”.
“Report”un məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Bakıda keçiriləcək Dünya Kubokundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli güləşçi Serbiyanın bu yarışda olub-olmamasının onlar üçün idman baxımından o qədər də fərq etməyəcəyini bildirib: “Düşünürəm ki, komanda olaraq onlardan qat-qat üstünük. Baxmayaraq ki, onların bir neçə idmançısı dünya çempionatında medal qazanıb, amma fərdi baxımdan bizim güləşçilərimiz daha üstündürlər”.
Azərbaycan pəhləvanı ölkə olaraq böyük güləş ənənələrimizin olmasından bəhs edib: “Müxtəlif komandalardan bu yarışdan iştirak edən dostlarımı Azərbaycanda görməkdən şadam. Ümid edirəm ki, maraqlı mübarizəyə şahidlik edəcəyik”.
Rafiq Hüseynov komandanın lideri olmasının onun üçün əlavə təzyiq yaradıb-yaratmaması haqqında danışarkən bildirib ki, 2014-cü ildə Tehranda keçirilən dünya kubokunda komandada çox məşhur idmançılar olub: “İndi isə komandamız gəncdir. Əsas fərqimiz budur. Komandamız gənc olsa da, titullu idmançılardan ibarətdir. Biz bu komanda ilə dünya çempionu olmuşuq. Hazırda müəyyən zədələr var. Bu, təkcə məndə yox, peşəkar idmançıların hər birində ola bilər. Dünya çempionatından sonra dünya kubokunda iştirak etmək çox ağırdı. Bəzi komandalar aparıcı idmançılarının gətirməyiblər”.
Güləşçi eyni çəkidə mübarizə apardığı türkiyəli Burhan Akbudakla münasibətləri barəsində də danışıb: “Yarışdan kənarda hamımız dostuq, yaxşı münasibətlərimiz var. Hər bir idmançı təbii ki, qələbə haqqında düşünür. Amma biz ikimiz finalda qarşılaşsaq, hər ikimiz çempion olacağıq”.
“Azarkeşlərə şou göstərmək istəyirik. Bir görüş də artıq keçirə bilərdik. Serbiyanın gəlməməsi bizi bundan məhrum etdi”.“Report”un məlumatına görə, bunu Azərbay...
Photostock.az konfransdan fotolar lentə alıb:
Daha çox foto burada: Photostock.az
Rəylər