18 
Fev
2023
12:23
100
31
925
Virtual karabakh

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub - FOTO

18 Fev, 2023
12:23
925

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda altıncı dəfə təşkil edilən batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub.

“Report”un məlumatına görə, ilk olaraq gimnastlar iştirakçı ölkələrin bayraqları ilə paraddan keçiblər.

Ardından çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov indiyə qədər Azərbaycanda təşkil edilən beynəlxalq turnirləri, idmançıların qazandıqları nailiyyətləri xatırladıb. O, nazirliyin adından iştirakçılara uğurlar arzulayıb.

Azərbaycan dövlət himni səsləndikdən sonra yarış açıq elan edilib.

Milli Gimnastika Arenasında böyüklər arasında keçirilən turnirdə Azərbaycan da daxil olmaqla, 16 ölkədən 60 gimnast fərdi və sinxron proqramda çıxış edəcək.

Azərbaycanı yarışda ötənilki Dünya Kubokunun gümüş mükafatçısı Selcan Mahsudova təmsil edir.

Qeyd edək ki, bu gün kişi və qadınlar arasında fərdi təsnifat, eyni zamanda sinxron cütlərinin təsnifat yarışları baş tutacaq.

Daha çox burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri