22 
Apr
2015
10:18
53
17
6782
Virtual karabakh

Çempionlar Liqası: 1/4 final mərhələsinin cavab oyunları – NƏTİCƏLƏR + VİDEO

22 Apr, 2015
10:18
6782

Çempionlar Liqası: 1/4 final mərhələsinin cavab oyunları – NƏTİCƏLƏR + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bavariya” “Porto”ya əsl futbol dərsi keçdi.

Dünən Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. 

Oxu.Az xəbər verir ki, oynanılan 2 qarşılaşmadan sonra ilk iki yarımfinalçı müəyyənləşib.

“Barselona” doğma meydanda PSJ-ni qəbul edib. İlk görüşdə 3:1 hesablı qələbə qazanan kataloniyalılar bu oyunda da qalibiyyəti əldən verməyiblər. “Barselona” 2 cavabsız qolla qalib gələrək yarımfinala yüksəlib.

Digər oyunda "Portuqaliyada gözlənilmədən rəqibinə uduzan “Bavariya” öz meydanında həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Bavariya" evdə "Porto"nu 6:1 hesabı ilə darmadağın edib. 

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

21 aprel

“Barselona” (İspaniya) – PSJ (Fransa) - 2:0 
Qollar: Neymar, 14; 34

Baş hakim: Sveyn Oddvar Moen (Norveç)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun: 3:1
 
“Bavariya” (Almaniya) – “Porto” (Portuqaliya) - 6:1
Qollar: Alkantara, 14; Boatenq, 23; Levandovski, 27; 40; Tomas Müller, 36; Xabi Alonso, 88 - Martines, 73

Baş hakim: Martin Atkinson (İngiltərə)
Münhen. “Alyans Arena”
İlk oyun: 1:3 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri