Noy
2023
21:23
162
29
3212
Virtual karabakh

Premyer Liqa: “Zirə” “Sabah”a qalib gəlib - YENİLƏNİB + VİDEO

5 Noy, 2023
21:23
3212

Premyer Liqa: “Zirə” “Sabah”a qalib gəlib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, son matçda paytaxt derbisi baş tutub.

“Zirə” “Sabah”ın qonağı olub. Qarşılaşmanın taleyini 1 qol həll edib. Rüstəm Əhmədzadənin 90+1-ci dəqiqədə vurduğu qol “Zirə”yə 1:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 24-ə çatdıran Rəşad Sadıqovun yetirmələri liderliyi qoruyublar. “Sabah” isə 13 xalla 8-ci pillədə qərarlaşıb.

18:13

Azərbaycan Premyer Liqasında XII tur davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

Günün ilk matçında Qəbələnin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Qarşılaşmanın taleyini ikinci hissədə vurulan 2 qol həll edib. 60-cı dəqiqədə Dieqo Valdes, 90+4-cü dəqiqədə isə Rəhman Hacıyev meydan sahiblərini cəzalandırıblar.

Nəticədə rəqibini 2:0 hesabı ilə məğlub edən “Neftçi” xallarının sayını 18-ə çatdırıb. “Qəbələ” isə 8 xalda qalıb.

Tura bu gün keçiriləcək “Sabah” - “Zirə” (18:30) oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Səbail” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Kəpəz”i (7:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib.

10:01

Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

Əvvəlcə “Neftçi” meydana çıxacaq. “Ağ-qaralar” autsayderlər zonasında qərarlaşan “Qəbələ”nin qonağı olacaq. Adrian Mutunun yetirmələri liderlər qrupundan daha da uzaq düşməmək üçün səfərdə mütləq qalib gəlməlidirlər.

Tur paytaxt derbisi ilə başa çatacaq. Uğursuz mövsüm keçirən “Sabah” əks qrafik cızaraq liderlər qrupunda yer alan “Zirə”ni qəbul edəcək. Rəşad Sadıqovun kollektivi liderliyi itirməmək üçün çətin səfər görüşündə hesabına 3 xal yazdırmalıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Kəpəz”i (7:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (2:0) məğlub ediblər.

Premyer Liqa
XII tur
5 noyabr

16:00. “Qəbələ” – “Neftçi”
Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu

18:30. “Sabah” – “Zirə”
Baş hakim: Tural Qurbanov
“Bank Respublika Arena”

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) - 9 qol, Aleksandr Ramalinqom (“Səbail”) - 6 qol.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri