28 
Noy
2023
10:10
45
6
2741
Virtual karabakh

Çempionlar Liqası: Altı komanda 1/8 finala vəsiqəni bu gün rəsmiləşdirə bilər

28 Noy, 2023
10:10
2741

Çempionlar Liqası: Altı komanda 1/8 finala vəsiqəni bu gün rəsmiləşdirə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında bu gün qrup mərhələsinin V turuna start veriləcək.

Oxu.Az-ın məlumatına görə, ilk gündə E, F, G və H qruplarında oyunlar keçiriləcək.

Bu qruplarda “Mançester Siti” və “Leypziq”dən sonra daha 6 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirə bilər. “Barselona”, “Atletiko” və Dortmund “Borussiya”sı qalib gəlsələr, avtomatik olaraq növbəti mərhələyə yüksələcəklər.

Həmçinin “Latsio”, PSJ və “Portu”nun da bu şansı var. Lakin onların taleyi təkcə özlərindən asılı deyil. İlk iki komanda bunu reallaşdırmaq üçün həm özləri, həm də qruplarında lider olan klublar qalib gəlməlidirlər. “Şaxtyor” öz meydanında “Antverpen”ə uduzsa və “Barselona” ilə “Portu” heç-heçə etsələr, Portuqaliya təmsilçisi də İspaniya nəhəngi ilə birlikdə 1/8 finala adlayacaq.

Qeyd edək ki, digər qruplarda V turun matçları noyabrın 29-da keçiriləcək.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

28 noyabr

E qrupu

21:45. “Latsio” (İtaliya) - “Seltik” (Şotlandiya)

00:00. “Feyenoord” (Niderland) - “Atletiko” (İspaniya)

Xal durumu: “Atletiko” - 8, “Latsio” - 7, “Feyenoord” - 6, “Seltik” - 1.

F qrupu

00:00. “Milan” - “Borussiya” (Dortmund, Almaniya)

00:00. PSJ (Fransa) - “Nyukasl” (İngiltərə)

Xal durumu: “Borussiya” - 7, PSJ - 6, “Milan” - 5, “Nyukasl” - 4.

G qrupu

00:00. “Mançester Siti” (İngiltərə) - “Leypziq” (Almaniya)

00:00. “Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya)

Xal durumu: “Mançester Siti” - 12, “Leypziq” - 9, “Srvena Zvezda” - 1, “Yanq Boyz” - 1.

H qrupu

21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) - “Antverpen” (Belçika)

00:00. “Barselona” (İspaniya) - “Portu” (Portuqaliya)

Xal durumu: “Barselona” - 9, “Portu” - 9, “Şaxtyor” - 6, “Antverpen” - 0.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri