28 
Noy
2023
22:27
64
14
2904
Virtual karabakh

Azərbaycan kubokunda günün NƏTİCƏLƏRİ - YENİLƏNİB

28 Noy, 2023
22:27
2904

Azərbaycan kubokunda günün NƏTİCƏLƏRİ - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə beş matç keçirilib. Bu oyunlardan sonra “Karvan”, “İrəvan”, “Səbail”, MOİK və “Turan Tovuz” 1/8 finala yüksəlib.

“Karvan” 1/8 finalda “Lerik” - “Sumqayıt” duelinin güclüsü ilə görüşəcək. “İrəvan” 1/8 finalda “Kür-Araz” - “Araz-Naxçıvan” cütünün qalibi ilə üz-üzə gələcək. MOİK növbəti mərhələdə “Qarabağ”a rəqib olub. “Səbail” “Zaqatala” - “Şamaxı” cütünün güclüsü ilə, “Turan Tovuz” isə “Zirə” ilə qarşılaşacaq. 

Bu mərhələnin oyunları bir görüşdən ibarətdir. 

Qeyd edək ki, mərhələnin digər görüşləri 29-30 noyabr tarixlərində oynanılacaq. Qaliblər 1/8 finala vəsiqə qazanacaqlar.

28 noyabr (çərşənbə axşamı)

13:30. “Karvan” - “Difai Ağsu” - 1:0

Qol: Voronsov 72

Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Səbuhi Sultanov, Elvin Bayramov.

Yevlax şəhər stadionu

13:30. “Araz Saatlı” - “İrəvan” - 1:4

Qollar: Rəvan Əvəzov 79-pen. - Elvin Yunuszadə 4, Cavid Tağıyev 27, Vüsal Əsgərov 45+3-pen. Arsen Ağcabəyov 70

Hakimlər: Kamal Umudlu, Şirmamed Mamedov, Kərim Zeynalov, Əkbər Əhmədov.

Saatlı Olimpiya İdman Kompleksinin stadionu 

13:30. MOİK - “Cəbrayıl” - 4:0

Qollar: İsa Zeynallı (p), Cavidan Abbaszadə 45+3, 86, Elvin Vəliyev 73
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Rövşən Rəcəbov.

Binə qəsəbə stadionu 

15:00. “Şəfa” - “Səbail” - 0:7

Qollar: Samir Abdullayev, 10, Yadin Lugasi, 11, Adi Mehremiç, 20, Taleh Qarayev, 25, Amil Yunanov, 35, 76, Aleksand Ramalinqom, 86

Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva.

“ASCO Arena”

17:00. “Turan Tovuz” - “Göygöl” - 5:1

Qollar: Ayxan Hüseynov, 4. Belaydi Pusi, 41; 88. Ayxan Hüseynov, 45. Tərlan Quliyev, 90+2-pen. Ülvi Cəlilov, 38-pen.

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Şamil İmanzadə.

Tovuz şəhər stadionu 

18:12

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, “Səbail” II Liqa təmsilçisi “Şəfa” ilə üz-üzə gəlib.

Qarşılaşma Premyer Liqa klubunun 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Dənizçilər” 1/8 finalda “Zaqatala” - “Şamaxı” cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl “İrəvan”, MOİK və “Karvan” 1/8 finala vəsiqə qazanıblar. Günün son görüşündə “Turan Tovuz” “Göygöl”ü qəbul edəcək.

II təsnifat mərhələsinin digər matçları 29-30 noyabrda olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri