24 
Fev
2024
17:10
57
31
1007
Virtual karabakh

Premyer Liqa: “Turan Tovuz” - “Neftçi” oyununda qalib müəyyənləşməyib - VİDEO

24 Fev, 2024
17:10
1007

Premyer Liqa: “Turan Tovuz” - “Neftçi” oyununda qalib müəyyənləşməyib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında “Neftçi” “Turan Tovuz”un qonağı olub.
Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. 72-ci dəqiqədə paytaxt klubunun heyətində Yeqor Boqomolski fərqlənib. 88-ci dəqiqdə Fərid Nəbiyev bərabərlik qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran “ağ-qaralar” ikinci sıradakı “Sumqayıt”a çatıb. Bölgə klubu hazırda 31 xalla 5-8-ci yerləri bölüşdürür.

Günün digər görüşündə “Səbail” “Sabah”ı qəbul edəcək.

Qeyd edək ki, XXIV turun “Araz-Naxçıvan” - “Zirə” və “Qarabağ” - “Sumqayıt” matçları fevralın 25-də baş tutacaq. Ötən gün gerçəkləşən oyunda “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.


 

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri