Mar
2024
01:34
32
49
1775
Virtual karabakh

“Bavariya” “Frayburq”a qalib gələ bilmədi - VİDEO

2 Mar, 2024
01:34
1775

“Bavariya” “Frayburq”a qalib gələ bilmədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundesliqasında 24-cü turun “Frayburq” - “Bavariya” qarşılaşması “Avropa-Park-Stadion”da keçirilirdi.

Oyunu Sven Yablonskinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edirdi.

“Frayburq”un müdafiəçisi Kristian Günter 12-ci dəqiqədə fərqlənib. 35-ci dəqiqədə “Bavariya”nın hücumçusu Mathis Tell hesabı bərabərləşdirib. 75-ci dəqiqədə yarımmüdafiəçi Camal Musiala qonaqları yenə hesabda irəli çıxarıb. Lakin 87-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Lukas Höhler sülhü təmin edib. Oyun 2:2 hesabı ilə bitib.

“Bavariya” turnir cədvəlində ikinci yerdədir. Komanda 24 oyundan sonra 54 xal toplayıb. “Frayburq” 30 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Almaniya çempionatının turnir cədvəlinə 61 xalla “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi Bayer başçılıq edir.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri