Mar
2024
15:59
117
12
2989
Virtual karabakh

“Qarabağ”ın “Bayer 04”lə ev oyununa neçə bilet satılıb?

2 Mar, 2024
15:59
2989

“Qarabağ”ın “Bayer 04”lə ev oyununa neçə bilet satılıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyuna 27000 bilet satılıb.

Bu barədə Azərbaycan çempionunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bilet satışı hələ də davam edir. Məhdud sayda biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılır.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” görüşü saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri