"ASAN Süni İntellekt platforması (ASAN AI Hub)" teqi üzrə xəbərlər
02 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimi keçirilib.
Platformanın əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ) sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir.
ASAN AI Hub açıq innovasiyanı təşviq edəcək və dövlət qurumları, özəl sektor, həmçinin universitetlər arasında körpü rolunu oynayacaq. Texnoloji problemlər platformada açıq elan ediləcək və tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edəcəklər.
Bu platforma vasitəsilə hər bir təşkilat öz problemlərini, çağırışlarını elan edəcək, səsləndirəcək. İnovatorlar, startapçılar və elmi tədqiqat mərkəzləri isə o çağırışlara uyğun həllər təklif edəcək. Yeni bir platformadır, yeni bir sistemdir və düşünürəm ki, bu, dolayısıyla həm iqtisadiyyatımıza, həm elmimizə, həm də dövlət idarəetməsinə öz töhfəsini verəcək
Tədbir çərçivəsində ASAN AI Hub ilə "Apolitical", "Breakthrough Social Enterprise" və "GenAI Works" arasında anlaşma memorandumları imzalanıb.