"ASAN Süni İntellekt platforması ("ASAN AI Hub") iqtisadiyyata, elmə, həm də dövlət idarəetməsinə öz töhfəsini verəcək".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sözügedən platformanın əsas məqsədi dövlət təşkilatlarında, "ASAN xidmət"in özündə, eyni zamanda özəl sektor və tədqiqat inşaat mərkəzləri, elmi laboratoriyalar, alimlər üçün bir əlaqələndirici, uzlaşma rolunu oynayan platforma yaratmaqdır:
"Bu platforma vasitəsilə hər bir təşkilat öz problemlərini, çağırışlarını elan edəcək, səsləndirəcək. İnovatorlar, startapçılar və elmi tədqiqat mərkəzləri isə o çağırışlara uyğun həllər təklif edəcək. Yeni bir platformadır, yeni bir sistemdir və düşünürəm ki, bu, dolayısıyla həm iqtisadiyyatımıza, həm elmimizə, həm də dövlət idarəetməsinə öz töhfəsini verəcək".
Elmidar Əliyev