"Bu gün 30 ölkədə Azərbaycanın "ASAN xidmət" təcrübəsi tətbiq edilir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in ASAN Süni İntellekt Mərkəzinin (ASAN AI HUB) açılış tədbirində deyib.
Onun sözlərinə görə, həmin ölkələrlə əməkdaşlıqlar daim genişləndirilir:
"30 ölkə ilə Azərbaycanın ASAN modeli tətbiq olunması ilə əlaqədar birgə əməkdaşlıq edirik. ASAN-da tətbiq etdiyimiz innovasiyalar, yeni ideyalara açıq olmaq və davamlı inkişaf qurumun beynəlxalq səviyyədə tanınmasına, qəbul edilməsinə və tətbiq edilməsinə şərait yaradan əsas amillərdəndir".
Daha çox foto burada: PhotoStock.az
Elmidar Əliyev