Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 15 iyundan etibarən Bakıdan Türkiyənin Adana və Mersin şəhərləri arasında yerləşən Çukurova Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu marşrut üzrə uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni reys sərnişinlərə həm Adana, həm də qonşu Mersin şəhərinə və digər ətraf bölgələrə rahat səyahət imkanı yaradacaq.
Adana və Mersin Türkiyənin böyük şəhərləri sırasındadır və turistlər üçün cəlbedici məkanlardır. Burada zəngin tarixi irsə malik arxeoloji abidələr, təbii gözəlliklər və kurort zonaları mövcuddur.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- AZAL-dan bayram vaxtı Naxçıvana getmək istəyənlərə MÜRACİƏT
- AZAL-ın Ankara reysinin sərnişininin halı pisləşdi, xəstəxanaya aparılanda öldü
- AZAL-ın təyyarə qəzasında sağ qalan bələdçi: "Burada çıxış etməyim möcüzədir"
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib