Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan və Çinin mülki aviasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
AZAL-ın prezidenti Cahangir Əsgərov və Çinin Azərbaycandakı səfiri Qo Min arasında keçirilən görüşdə aviasiya sahəsində əməkdaşlıq və turizmin inkişafı perspektivləri müzakirə olunub.
Bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Çin paytaxtları arasında uçuşların bərpası edilməsi məsələsi barədə fikir mübadiləsi aparılıb. Bu addımlar hər iki tərəfin əməkdaşlığı genişləndirmək istəyindən xəbər verir ki, bu da iki ölkə arasında işgüzar əlaqələri, mədəni mübadiləni və turizmin inkişafını gücləndirəcək.
Bundan əlavə, tərəflər Bakı ilə Çinin Sıçuan əyalətinin paytaxtı arasında birbaşa aviareyslərin açılması perspektivini müzakirə ediblər. Zəngin memarlığı və tarixi abidələri ilə Çenqdu turistlərin və səyahətçilərin böyük marağına səbəb olur.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyətinin ÇXR administrasiyasının dəvəti ilə Sıçuan əyalətinə işgüzar səfəri çərçivəsində Sıçuan əyalətinin qubernatoru Xuan Tsyan Çin tərəfinin Çendu-Bakı aviareysinin açılmasında maraqlı olduğunu bildirib. Tərəflərin imzaladığı Anlaşma Memorandumuna əsasən, Bakı ilə Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlıq münasibətləri qurulub.
Görüşün sonunda AZAL-ın prezidenti Cahangir Əsgərov və Çinin Azərbaycandakı səfiri Qo Min belə təşəbbüslərin iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə, o cümlədən turizm və biznesin inkişafı üçün yeni perspektivlərin açılmasına yönəldiyinə əmin olduqlarını bildiriblər.
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- Qəzaya uğrayan təyyarədə olan Zaqatala sakinlərinin FOTOLARI
- Rəis müavini: "Hər iki kapitanla səhər görüşmüşdük"
- AZAL-ın qəzaya uğrayan təyyarəsində bir azərbaycanlının aqibəti hələ də bilinmir
- Qəzaya uğrayan təyyarədə həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU
- Təyyarə qəzasında həlak olanların cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək - RƏSMİ
Rəylər