"Şəki aqroturizm və ekoturizm istiqamətlərində çox ciddi potensiala malikdir".
Oxu.Az-ın Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, Şəki rayonu şimal-qərb regionunun ən turistik destinasiyalardan biridir:
"Şəki həm ölkənin, həm dünyanın mədəni elementlərinin, tarixi abidələrinin ən çox olduğu məkanlardan biridir. Eyni zamanda, rayon aqroturizm və ekoturizm istiqamətlərində çox ciddi turizm potensialına malikdir. Şəki Regional Turizm İdarəsinin fəaliyyət göstərdiyi rayonlarda, yəni Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında aqroturizm məkanları var. Hesab edirəm ki, bizim regionun cəlbediciliyinin növbəti əsas istiqamətlərindən biri də sırf belə turizm təsərrüfatları olacaq".
Aqil Vəlili