Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya ölkədə olan miqrantların leqallaşdırma müddətini sentyabra qədər UZATDI
Rusiya ölkə ərazisində nizamsız hüquqi statusla yaşayan xarici vətəndaşlara qalma müddətlərini leqallaşdırmaq üçün əlavə vaxt verəcək. Əvvəllər 30 aprel 2025-ci il tarixinə qədər müəyyən edilmiş müddət indi 10 sentyabr 2025-ci il tarixinədək uzadılıb.
Bu barədə Oxu.Az Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qərar Qırğızıstanın Rusiyadakı səfiri Kubanıçbek Bokontayevin Rusiya Prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsinin rəisi İqor Maslovla görüşü zamanı Rusiya tərəfindən elan olunub.
Müddətin uzadılması Rusiya prezidentinin 30 dekabr tarixli fərmanının qüvvədə olma müddətinə aiddir. Həmin fərmana əsasən, xarici vətəndaşlar ya 30 aprelədək ölkədə qalma müddətlərini qanuniləşdirməli, ya da ölkəni tərk etməli idilər. Bu qayda nəzarət olunan şəxslərin reyestrinə daxil edilməli olan xarici vətəndaşlara şamil edilir.
Qeyd edək ki, 5 fevral tarixindən etibarən Rusiyada qüvvəyə minmiş bu reyestr ölkədə qeyri-qanuni yaşayan xarici vətəndaşların qeydiyyatı üçün nəzərdə tutulub. Reyestrin tətbiqi ilə paralel olaraq, qeyri-qanuni miqrantlar və hüquq pozuntularına yol vermiş şəxslər üçün yeni deportasiya rejimi də qüvvəyə minib.
Yeni qaydalara əsasən, Rusiyada qanunsuz yaşayan şəxslərin bir sıra hüquq və azadlıqları məhdudlaşdırılır. Məsələn, onların nikaha girməsinə, nəqliyyat vasitələrini qeydiyyatdan keçirməsinə və onları idarə etməsinə qadağa qoyulur. Qalma rejiminin təkrar pozulması halında isə belə şəxslər deportasiya oluna bilərlər.

"Rusiyada işləyən azərbaycanlılar" teqi üzrə xəbərlər
- Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ - Yeni sənədlə bağlı tələblər gəlir
- Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Uşaqların rus dilini öyrənmə müddəti azaldıldı
- Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Miqrant uşaqlarının məktəbə qəbulu üçün yeni hədd
- Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Bu gündən yeni sərtləşdirilmiş qaydalar qüvvəyə mindi
- Rusiyada işləyənlərin nəzərinə: Yeni tələblər gələn həftədən qüvvəyə minir