14 
İyl
2020
20:25
71
570
20629
Virtual karabakh

Oxu.Az ön cəbhədə: Tovuzda silahlar susmur, evlər viran qoyulur - FOTOREPORTAJ

14 İyl, 2020
20:25
20629

Oxu.Az ön cəbhədə: Tovuzda silahlar susmur, evlər viran qoyulur - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar zamanı mülki şəxslər hədəfə alınıb. 

Oxu.Az-ın cəbhə xəttinə ezam olunan əməkdaşı xəbər verir ki, Tovuzun Dondar Quşçu kəndində sakinlərin evlərinə zərər dəyib. 

Telarə Əliyevanın evinə mərmi düşüb. Evdə yaşayanlar deyir ki, hadisə iyulun 14-də günorta saatlarında qeydə alınıb. Artilleriya atəşi nəticəsində ev tamamilə yararsız hala düşüb. 

Telarə Əliyeva bildirir ki, günorta saatlarında mağazaya gedib və 10 dəqiqə sonra evlərinə mərmi atılıb. 

Xoşbəxtlikdən xəsarət alan olmayıb. Zərbə nəticəsində qonşuluqda yerləşən, Rəna Əliyevaya məxsus ev də ziyan görüb. Kənd sakinlərindən Şahin Abdıyev də hədəfin qurbanlarındandır. Həyətə düşən mərmi onun evini dağıdıb. İyulun 13-də isə kənd sakini Mahir Sadıqovun evi zərər görüb. Hazırda kənddə nisbi sakitlikdir. 

Aqşin Kərimov
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri