Ermənistan silahlı bölmələrinin Tovuzun Dondar Quşçu kəndinin ərazisinə atdığı mərmilərdən biri partlamayıb.
Bu barədə Oxu.Az-ın cəbhə xəttinə ezam olunan əməkdaşları xəbər verir.
Belə ki, atılan mərmilərdən biri Dilman Səfərov və İsa Hüseynova məxsus olan evlərin arasına düşüb.
Mərminin zərbəsi tikilini dağıdıb, amma partlamayıb.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi əraziyə baxış keçirib və partlamamış mərmini zərərsizləşdirib.
Aqşin Kərimov
Fərdin İsazadə
FOTO: Ramil Zeynalov
Rəylər