Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezidentin köməkçisi: “Hərbi əməliyyatlar barədə əlavə məlumatlar veriləcək”
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın təxribatları barədə xalqa müraciətində Ermənistanın niyyətləri barədə ölkə ictimaiyyətini məlumatlandırıb.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu gün səhər 06:00 radələrində Ermənistan silahlı bölmələri cəbhəboyu zonada mövqelərimizi və mülki insanları artilleriya qurğularından atəşə tutub.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Ordusu əks hücum əməliyyatları həyata keçirilir.
“Bu əməliyyatların detalları barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə H.Hacıyev əlavə edib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan əhalisi arasında yüksək əhval-ruhiyyə var. H.Hacıyev Azərbaycanda internetə girişin məhdudlaşdırılmasından da söz açıb:
“Bu, müvəqqəti xarakter daşıyır. Hərbi reallıqda, güman edirik ki, əhali bunu anlayışla qarşılayacaq”. O ictimaiyyətə müraciətində qeyd edib ki, yalnız rəsmi məlumatlara inansınlar.
Aqşin Kərimov
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib