23 
Okt
2020
16:56
1425
44
15125
Virtual karabakh

Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış - FOTO/VİDEO

23 Okt, 2020
16:56
15125

Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə Azərbaycanın işğal altında olan torpaqları uğrunda apardığı əks-hücum əməliyyatları ilə bağlı çox sayda foto və videolar paylaşılır.

Bu isə torpaqlarımız uğrunda mübarizə aparan əsgərlərimizin həyatı üçün ciddi təhlükə yarada bilər.

Bu səbəbdən cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir hərbi informasiya paylaşılmamalı, Azərbaycan hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsi yazılmamalıdır.

Həmçinin, Azərbaycanın hərbi hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmaları, şəhid və yaralılar barədə xəbər verilməməlidir.

Döyüşlər zamanı telefon və ya digər texnika ilə video, foto çəkilməməli, səs yazısı göndərilməməlidir. Sərhəd bölgəsində olan strateji yerlərdə, texnika və ya hərbi hissələrin yanında fotolar çəkilib-paylaşılmamalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri