Noy
2020
16:20
545
14
2154
Virtual karabakh

BAMF Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə dair hesabat təqdim etdi

5 Noy, 2020
16:20
2154

BAMF Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə dair hesabat təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Ermənistanın işğalçı hərbi qüvvələrinin Azərbaycana qarşı törətdiyi cinayətlərə dair hesabatını təqdim edib.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, hesabat Ermənistan hərbi qüvvələrinin Qarabağ cəbhəsindəki provokativ əməlləri nəticəsində baş verən eskalasiyanın sentyabr və oktyabr ayları üzrə yekunlarına həsr edilib. 

Hesabatda Erməni hərbi birləşmələrinin Azərbaycanın mülki şəxslərinə, strateji obyektlərə, sosial infrastruktura qarşı Ermənistan hərbi qüvvələrinin təcavüzünün nəticələrinə dair qiymətləndirmələr əks olunub. Eyni zamanda sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan hərbi qüvvələri tərəfindən cəbhə xəttindən uzaqda yerləşən şəhərlərin, kəndlərin atəşə tutulması nəticəsində baş verən hərbi cinayətlər yer alır. 

Hesabat BAMF müşahidə missiyasının İkinci Qarabağ müharibəsi zamanı erməni hərbi birləşmələrinin beynəlxalq hüquq normalarına zidd əməllərinin təsbit olunması baxımından fərqli bir yanaşmadır. Belə ki, hesabatın hazırlanması zamanı müharibədən zərərçəkmiş və müharibədə iştirak etmiş şəxslərin, onların ailə üzvlərinin, vətəndaş cəmiyyəti qurumlarının, hərbi mükəlləfiyyətlilərin, eləcə də beynəlxalq qurumların, media təmsilçilərinin rəylərinə, müxtəlif araşdırmalara və əyani müşahidələrə istinad edilib. Hesabatda erməni hərbi birləşmələrinin Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Goranboy şəhərlərinin hədəfə götürməsi nəticəsində törədilmiş hərbi cinayətlərin hüquqi qiymətləndirilməsi haqda geniş təhlil aparılıb. Ermənistan hərbi qüvvələrinin qanunsuz silah daşımaçılığı, muzdluların hərbi əməliyyatlarda iştirakı, beynəlxalq konvensiyalara zidd olaraq mülki şəxslərə qarşı qanunsuz silah və sursatlardan istifadə, mülki obyektlərin dağıdılması, Azərbaycanın iri sənaye şəhərlərinin ballistik raketlərlə atəşə tutulmasının nəticələri hesabatda dəqiqliklə əks olunub. 

Hesabat uzun illərdir müharibədən zərərçəkmiş və təmas xəttinə yaxın ərazilərdə fəaliyyət göstərən, sosial humanitar proqramlar yerinə yetirən vətəndaş cəmiyyəti qurumunun müstəqil müşahidələrinin və araşdırmalarının nəticəsidir. Hesabat BMT-nin Baş katibi Antonio Quterreş, BMT İnsan Haqları ofisinin rəhbəri Mişel Baçelot, ATƏT, Avropa Şurası, Beynəlxalq Böhran Qrupunun rəhbəri Anna Neiştad və Qrupun vəkillik və kampaniya üzrə meneceri Eleanor Kennedi, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai və eləcə də müxtəlif beynəlxalq qurumlara göndərilib. Hesabatın BMT agentlikləri və Avropa Şurası parlament üzvləri arasında geniş yayılması nəzərdə tutulub.

Xatırladaq ki, hesabat BAMF müşahidә missiyasının üzvlәri BAMF prezidenti Umud Mirzәyev, vitse-prezident Ramil Әzizov, təşkilatın Amerika təmsilçisi beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys, BAMF-ın BMT Cenevrə ofisində, BMT İnsan Haqları üzrə Komitəsində daimi nümayəndə, hüquq elmləri üzrə professor Osman Әl Həcc tərəfindən hazırlanıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri