20 
Noy
2020
19:42
885
55
20577
Virtual karabakh

Ermənilərin təhqirlərinə cəsarətlə cavab verən yaralı azərbaycanlılar sağdırmı? - VİDEO

20 Noy, 2020
19:42
20577

Ermənilərin təhqirlərinə cəsarətlə cavab verən yaralı azərbaycanlılar sağdırmı? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi hərbi əsirlər Amin Musayev və Bayram Kərimov barədə hər hansı bir informasiya təqdim etməkdən imtina edib.

Nümayəndəliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Oxu.Az-a açıqlamasında hərbi əsirlərin yerləri barədə heç nə deyə bilməyəcəyini bildirib.

Onun sözlərinə görə, sözügedən şəxslərlə bağlı bütün informasiya yalnız onların ailə üzvlərinə veriləcək.

Xatırladaq ki, Noyabrın 12-də “ANNA News” “YouTube” kanalında azərbaycanlı əsirə (Amin) Rusiyalı jurnalist tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb. Həmin video erməni tərəfinin humanizm nümunəsi kimi qələmə verilsə də, sonradan ermənilərin hərbçimizə işgəncə verməsinə dair video da ortaya çıxıb.

Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov əsir düşən hərbçilərimizlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ünvanlayıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri