31 
İyl
2018
21:00
34
166
2824
Virtual karabakh

Pentaqon kosmik ordu yaradır

31 İyl, 2018
21:00
2824

Pentaqon kosmik ordu yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Müdafiə Nazirliyi yaxın aylar ərzində hərbi-kosmik qüvvələrin yaradılmasına start verəcək.

Oxu.Az “Defense One” portalına istinadla xəbər verir ki, bu barədə Pentaqonun hesabatında bildirilir.

Portal qeyd edir ki, nazirliyin hesabat layihəsi bu həftə ərzində Konqresə təqdim ediləcək.

Sənəd 4 hərbi bölmənin yaradılmasını nəzərdə tutur və onlardan üçünün qurum tərəfindən avqust ayı ərzində yaradılmasına başlanılacaq.

Pentaqonun 2018-ci ilin sonunadək Hərbi-Kosmik Qüvvələrin ərsəyə gəlməsinə dair yekun qanun layihəsi hazırlaması gözlənilir.

Qeyd edək ki, sözügedən qoşun növlərinin yaradılması ABŞ prezidenti Donald Tramp tərəfindən tapşırılıb. Dövlət başçısı Birləşmiş Ştatların bu sahədə lider olmasını tələb edib.

Onun sözlərinə görə, ABŞ bu sahədə Rusiya və Çinin ardınca “sürünmək” niyyətində deyil.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri