19 
Sen
2018
09:57
323
21
2569
Virtual karabakh

Məkkə və Mədinəni sürət qatarı birləşdirəcək

19 Sen, 2018
09:57
2569

Məkkə və Mədinəni sürət qatarı birləşdirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məkkədən Mədinəyə iki yollu elektrikləşdirilmiş yüksək sürətli dəmiryolunun tikintisi başa çatıb. Bu yolda qatarların maksimum sürəti 360 km/saat olacaq. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Jenmin jibao” layihənin tikintisini həyata keçirən Çinin CRCC şrikətinə istinadla məlumat yayıb. 

Bu, Çin şirkəti tərəfindən hazırlanmış və səhradan keçən ilk dəmiryolu xəttidir. Xəttin uzunluğu 450,25 kilometdir və qatar bu yolla hərəkət edərkən, Ərəbistan səhrasını, Ciddəni və Rabiq şəhərini keçir. 

Bu layihənin işə düşməsindən sonra Məkkədən Mədinəyə iki saata getmək mümkün olacaq. Əvvəllər isə bu şəhərlər arasındakı məsafəni qət etmək üçün insanlar dörd saat vaxt sərf edirdilər. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri