24 
Okt
2018
18:33
553
22
9326
Virtual karabakh

Avropada plastik qablar qadağan edildi

24 Okt, 2018
18:33
9326

Avropada plastik qablar qadağan edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Parlamenti plastik qab və digər birdəfəlik əşyalardan istifadəyə tam qadağa qoyub. Bu qadağa bütün Avropa İttifaqı ərazisində tətbiq ediləcək.

Oxu.Az xəbər verir ki, “BBC News” yeni qərarın 2021-ci ildən qüvvəyə minəcəyini yazır.  

Qadağa dünya okeanının kəskin çirklənməsi ilə bağlıdır. Parlament üzvlərindən biri çıxışında bildirib ki, əgər tədbir görülməsə, 2050-ci ilə qədər okeanda balıqdan çox plastik olacaq.

Qeyd edilir ki, Avropa sularında hər il 150 min ton plastik aşkar edilir. Bu dünyadakı 8 milyon ton plastikin çox az bir hissəsidir. Dəniz heyvanları bu plastik zibilləri yeyir və ölür.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri