İspaniya paytaxtında minlərlə Santa-Klaus yürüşə çıxıb.
Oxu.Az xəbər verir ki, yürüş xərçəng xəstəliyi ilə mübarizəyə dəstək məqsədi ilə keçirilib.
Yeddi min nəfərin iştirak etdiyi yürüşə uşaqlar da qatılıblar. Yürüş iştirakçıları 5 kilometr məsafə qət ediblər.
Xeyriyyə yürüşünün məqsədi xərçəng xəstəliyindən əziyyət çəkən insanlara yardım edən “İntheos” fondu üçün vəsait toplamaq olub.
Oxu.Az yeniləndi!
Rəylər