17 
Yan
2019
13:21
144
41
2503
Virtual karabakh

Amazon delfinləri “Qırmızı kitab”a düşdü

17 Yan, 2019
13:21
2503

Amazon delfinləri “Qırmızı kitab”a düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amazon delfinləri (Inia geoffrensis) nəsli kəsilməkdə olan növlərin kateqoriyasına düşüb. Onlar Təbiətin və təbiət resurslarının qorunması üzrə Beynəlxalq İttifaqın “Qırmızı kitab”ına daxil edilib.

Oxu.Az xəbər verir ki, bu barədə WWF saytı məlumat yayıb.

Buna qədər onlar mütəmadi olaraq populyasiyasının və çoxalma tempinin monitorinqini tələb edən həssas növlər kateqoriyasında idi. Habelə yeni kateqoriya Amazon delfinlərinin sayının kəskin şəkildə azaldığını və onların məskəninə böyük təhdidin olduğunu göstərir.

WWF fondu və ətraf mühitin/təbiətin qorunması üzrə digər təşkilatlar çay delfinlərinin məskunlaşdığı bölgələrdəki ölkələrin hökumətlərini bu növün qorunması üçün böyük səylər göstərməyə və müxtəlif strateji mexanizmlər yaratmağa çağırıb.

Amazon delfinləri çox vaxt brakonyerlərin və balıqçıların torlarına düşərək ölür. 80-ci illərdə balıqçılar torlarına ziyan vurduqlarına görə onları kütləvi şəkildə qırıb. Sonradan bu təcrübə bir çox Latın Amerikası ölkələrində qadağan edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri