24 
Yan
2019
14:00
131
12
3679
Virtual karabakh

59 yaşlı idmançı Malayziyanın yeni kralı seçildi

24 Yan, 2019
14:00
3679

59 yaşlı idmançı Malayziyanın yeni kralı seçildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pahanq ştatının irsi hökmdarı Sultan Abdulla Riayətuddin Əl-Mustafa Billah müstəqil Malayziya tarixinin 16-cı kralı seçilib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “Bernama” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, yeni kralın seçimləri paytaxt Kuala-Lumpurda Malayziya hökmdarları şurasının toplantısı zamanı baş tutub. Seçimlər Trenqannu ştatının sultanı Mizan Zaynalın sədrliyi ilə keçirilib.

Konstitusiyaya əsasən, Malayziya kralı ölkənin doqquz ştatının irsi hökmdarları arasından beş ildən bir seçilir.

Malayziya yeni 59 yaşlı kralı Sultan Abdulla idmançı, milli idman proqramlarının sponsoru, Malayziya futbol federasiyasının prezidenti və FİFA idarə heyətinin üzvüdür.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri