İyn
2019
03:51
122
23
4320
Virtual karabakh

NYT: Pekin “Microsoft” və “Dell”-ə xəbərdarlıq etdi

9 İyn, 2019
03:51
4320

NYT: Pekin “Microsoft” və “Dell”-ə xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Pekin “Microsoft” və “Dell” də daxil olmaqla, bir sıra xarici şirkətlərə Vaşinqtonun çin şirkətlərinin texnologiyalarının idxalına olan qadağasına tabe olmağa razılıq verdikləri təqdirdə, onların Çin hakimiyyəti tərəfindən ciddi cavab alacaqları barədə məxfi surətdə xəbərdarlıq edib.

Oxu.Az bildirir ki, bu barədə “The New York Times” öz mənbəyinə istinadla xəbər verir.

Mənbənin məlumatına əsasən, xəbərdarlıq iyunun 4-5-də baş tutan qapalı görüşdə edilib. Görüşə “Microsoft”, “Dell”, Cənubi Koreyanın “Samsung Electronics” və “Hynix”, Britaniyanın ARM şirkətləri də daxil olmaqla, bir sıra xarici şirkətlərin nümayəndələri dəvət almışdılar. Çin tərəfini isə görüşdə İnkişaf və İslahatlar üzrə Milli Komissiyası, Kommersiya Nazirliyi, eləcə də ÇXR-nın İnformasiya Sənayesi Nazirliyi təmsil edib.

“The New York Times”-ın məlumatına əsasən, belə yüksək səviyyə Çinin ali hakimiyyəti tərəfindən sanksiyalara işarə edir.

Xatırladaq ki, ABŞ Ticarət Nazirliyi “Huawei” şirkətini mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbi ilə qara siyahıya salıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri