28 
Sen
2019
11:01
121
70
16318
Virtual karabakh

Kadırov bu mahnını oxuyanı axtarır - VİDEO

28 Sen, 2019
11:01
16318

Kadırov bu mahnını oxuyanı axtarır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda “Grand Park” ticarət mərkəzində baş verən yanğın zamanı “qori-qori yasno” mahnısını oxuyan adamın tapılıb həbs olunmasını əmr edib.

Oxu.Az mətbuatına istinadən xəbər verir ki, R.Kadırov video müəllifini digər insanların kədərinə sevinməkdə ittiham edib.

Çeçenistan lideri bildirib ki, yalan mesajların yayılması “müalicə edilməli olan bir xəstəlikdir”.

Qeyd edək ki, sentyabrın 19-da Qroznıdakı “Grand Park” ticarət mərkəzində yanğın olub.

Yanğın 700 kvadratmetr ərazini əhatə edib. Lakin ticarət mərkəzindəki qonaqlar binadan vaxtında təxliyyə edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri