25 
Okt
2020
06:18
96
749
9103
Virtual karabakh

“Samsung”un rəhbəri dünyasını dəyişdi

“Samsung” konserninin sədri Li Kun Hi ölüb.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, 2014-cü ildən sonra infarkt keçirən Kun Hi uzun illərdi ki, xəstəliklə mübarizə aparırdı. Onun 78 yaşında olduğu bildirilib.

Qeyd edək ki, 1987-ci ildən bəri “Samsung Group”un sədri olan Li Kun Hi 2016-cı ildə “Forbes”in hesablamasına görə Cənubi Koreyanın ən zəngin şəxsi olub. 2020-ci ildə onun sərvətinin dəyəri 20.9 milyard dollara bərabər olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri