23 
May
2023
07:51
13
168
3949
Virtual karabakh

Dünyanın ən bahalı dondurması təqdim olundu

23 May, 2023
07:51
3949

Dünyanın ən bahalı dondurması təqdim olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın “Cellato” şirkəti dünyanın ən bahalı dondurmasını təqdim edərək yeni Ginnes rekordu müəyyənləşdirib.

Byakuya adlı təamın bir porsiyası müştərilərə 873 400 yapon yeninə (təxminən 6700 dollara) başa gələcək.

Xüsusi desert kilosu 15 min dollardan baha olan yeməli qızıl, nadir pendirlər və İtaliyada yetişdirilən ağ trüfel daxil olmaqla bir sıra nadir inqrediyentlərdən hazırlanır. Osakadakı məşhur “RiVi” restoranının aşpazı Tadayoşi Yamada 1,5 il ərzində unikal dondurmanın resepti üzərində çalışıb.

Gələcəkdə “Cellato” inqrediyentlərin qeyri-adi birləşmələri ilə digər desertlər buraxmağı planlaşdırır. Onların arasında şampan və qara kürü ilə dondurma da olacaq.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri