Dek
2023
10:40
16
85
552
Virtual karabakh

SAXAL: “HƏMAS-ın girovluğunda 20-yə yaxın qadın və uşaq var”

6 Dek, 2023
10:40
552

SAXAL: “HƏMAS-ın girovluğunda 20-yə yaxın qadın və uşaq var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail Müdafiə Ordusu (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında hələ də 138 nəfəri girov saxladığını bildirib.

Xəbəri dərc edən mənbə bu barədə SAXAL-ın nümayəndəsi Daniel Haqariyə istinadən məlumat yayıb.

“Qəzzada saxlanılanlar arasında ümumilikdə 20-yə yaxın qadın və uşaq var”, -  deyə SAXAL nümayəndəsi əlavə edib. 

Xatırladaq ki, HƏMAS və İsrail arasında sonuncu - üçüncü girov mübadiləsi noyabrın 28-də baş tutub. HƏMAS 14 israillini və 3 əcnəbini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. İsrail isə öz növbəsində 39 yeniyetmə fələstinli məhbusu azad edib. Bununla da atəşkəsin başlamasından bu vaxta qədər İsrail və HƏMAS-ın əsir mübadiləsi çərçivəsində 26 israilli və 78 fələstinli əsir sərbəst buraxılıb.

Mənbə: The Jerusalem Post

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri