13 
Dek
2023
22:37
85
45
1183
Virtual karabakh

İsrailin BMT-dəki səfiri HƏMAS liderinin telefon nömrəsini açıqlayıb - VİDEO

13 Dek, 2023
22:37
1183

İsrailin BMT-dəki səfiri HƏMAS liderinin telefon nömrəsini açıqlayıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Gilad Erdan təşkilatın iclasında nümayişkaranə şəkildə HƏMAS radikal hərəkatının mərkəzi ofisinin telefon nömrəsi olan plakat qaldırıb.

Bunu əks etdirən videonu səfir öz “X” sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, BMT-nin Baş Assambleyası dekabrın 12-də Misir və Mavritaniyanın Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnaməsinə səs verib.

BMT-nin Baş Assambleyasında Qəzzada atəşkəslə bağlı qətnamənin lehinə 153 ölkə, əleyhinə 10 ölkə səs verib, 23 ölkə isə bitərəf qalıb. Qətnaməyə ABŞ, İsrail, Çexiya, Avstriya, Qvatemala, Liberiya, Mikroneziya, Nauru, Paraqvay və Papua-Yeni Qvineya qarşı çıxıb.

“Atəşkəs üçün bu nömrəyə zəng edin: +970599373765. Yəhya Sinvardan soruşun”, - deyə üzərində HƏMAS lideri Yəhya Sinvarın şəkli əks olunan plakatda yazılıb.

Bundan sonra İsrail səfiri bildirib ki, HƏMAS-ın tərki-silah olmaq qərarı tam atəşkəsə gətirib çıxara bilər.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri