27 
Yan
2024
15:51
84
34
1682
Virtual karabakh

Azərbaycanın Moskvadakı turizm nümayəndəliyinin fəaliyyətə başlamasının vaxtı açıqlanıb

27 Yan, 2024
15:51
1682

Azərbaycanın Moskvadakı turizm nümayəndəliyinin fəaliyyətə başlamasının vaxtı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) Rusiyadakı nümayəndəliyinin fəaliyyəti iki aya bərpa ediləcək.

Bu barədə agentlik “Report”un sorğusuna cavab olaraq bildirib.

DTA Rusiyadakı nümayəndəliyinin işini bərpa etmə səbəbini bu ölkədən Azərbaycana turist axınının artması ilə əlaqələndirib:

“Rusiya Azərbaycanın ənənəvi hədəf bazarlarından biridir və ölkəmizə ən çox ziyarətçi də şimal qonşumuzdan gəlir. Dövlət Turizm Agentliyinin Rusiya bazarında fəaliyyətini intensivləşdirilməsi ölkəmizə daha çox turistin gəlməsini təmin edəcək”.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana 187 ölkədən 2 milyon 085,8 min nəfər və yaxud 2022-ci illə müqayisədə 30,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 30%-i Rusiya vətəndaşları olub. Son bir ildə Rusiyadan gələnlərin sayı 39,9% artıb.

Xatırladaq ki, Moskvada Azərbaycanın turizm nümayəndəliyi 2016-cı ildə açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri