30 
Yan
2024
02:29
54
100
2898
Virtual karabakh

Donald Trampın 220 minlik avtomobili milyon dollara satıldı - FOTO

30 Yan, 2024
02:29
2898

Donald Trampın 220 minlik avtomobili milyon dollara satıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əvvəllər ABŞ-nin keçmiş prezidenti Donald Trampa məxsus olmuş nadir “Lamborghini Diablo VT Roadster” avtomobili yanvarın 28-də Arizona ştatının Skotsdeyl şəhərində başa çatan Barrett-Cekson hərracında satılıb.

Məlumata görə, satışın məbləği 1,1 milyon dollar təşkil edib.

Hərçənd, mütəxəssisləri əvvəlcə bu avtomobili 220 min dollar qiymətləndiriblər.

Avtomobil 1997-ci ildə sifarişlə istehsal olunub. Onun kuzovunda “Donald Trump 1997 Diablo” yazısı olan xüsusi lövhə var.

Sportkarın kapotunun altında beşpilləli sürət qutusu və tam ötürücü sistemi ilə birlikdə 492 at gücü hasil edən 5,7 litrlik V12 mühərriki var. Avtomobil 100 km/saat həddinə 4,1 saniyəyə çatır və maksimal sürəti 325 km/saatdır.

Mənbə: championat.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri