27 
Fev
2024
14:12
74
37
1163
Virtual karabakh

HƏMAS liderinin ölümdən qaçmaq üçün fəndi: O ələ keçməyənədək Qəzzada əməliyyat dayanmayacaq

27 Fev, 2024
14:12
1163

HƏMAS liderinin ölümdən qaçmaq üçün fəndi: O ələ keçməyənədək Qəzzada əməliyyat dayanmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fələstinin HƏMAS hərəkatının lideri Yəhya Sinvar “canlı qalxan” qismində girovlardan istifadə edir.

Məlumata görə, İsrail qüvvələrinin əlinə keçməmək üçün Sinvar girovların saxlanıldıqları tunellərdə gizlənir.

ABŞ və İsrail mənbələri qeyd ediblər ki, onun yerini təxmin etmək çətin deyil: HƏMAS lideri doğulduğu Xan Yunis şəhərindəki tunellər şəbəkəsindədir.

Sinvarın zərərsizləşdirilməsi girovların ölümü və yaralanması ilə nəticələnə bilər ki, bu da mübadilə ilə bağlı razılaşmaların əldə edilməsi səylərinə mənfi təsir göstərə bilər.

İsrailin indiki və keçmiş rəsmiləri dəfələrlə bəyan ediblər ki, Sinvar ələ keçirilməyənə, öldürülənə və ya heç olmasa, hərəkata rəhbərlik etməyənə qədər İsrail dövləti Qəzza zolağında hərbi əməliyyatı dayandırmayacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri