Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlham Əliyev dörd şəhərə yeni baş konsul TƏYİN ETDİ
Prezident İlham Əliyev Fuad Süleyman oğlu Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Bundan başqa, İlham Əliyev Vüqar İsrayıl oğlu Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Sərəncam da imzalayıb.
Prezidentin digər sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib
- İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
- İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib
- İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib