Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Akif Çağatay Kılıc: "Təhlükəsizlik Şurasında yalnız 5 dövlətin söz deməsi ədalətli deyil"
"Müasir dünyada irəli sürülən dəyərlər kənarda qalır və bunun İkinci Dünya Müharibəsindən sonra daha qabarıq şəkildə özünü göstərdiyinin şahidi oluruq".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Türkiyə Respublikası Prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc deyib.
"Bir ildən çoxdur ki, Qəzzada insanlar məhv olurlar, lakin dünya buna maraq göstərmir. Ukrayna-Rusiya münaqişəsində isə biz Ukraynanın yanında olmağa çalışdıq, amma keçə bilmədiyimiz xətlər var. Artıq üç ildir ki, iki ölkə arasında müharibə gedir", - deyə Kılıc qeyd edib.
O, kapitalizmin fərqli formalarını ortaya qoyduğunu, lakin əsas məqamın artıq dəyişikliyin baş verməsi olduğunu bildirib.
"Mənim ölkəm 60 ildir ki, Avropa İttifaqına qoşulmaq istəyir. Biz bu təsisatı dəyərləndiririk, lakin o bizi dəyərləndirirmi?" - deyə o soruşub.
Türkiyəli rəsmiyə görə, insanlar siyasətçilərə etibar etmirlər, çünki onların yalnız öz maraqlarını düşündüklərinə inanırlar.
Sonda Akif Çağatay Kılıc BMT Təhlükəsizlik Şurasının mövcud quruluşunu ədalətsiz adlandırıb:
"Təhlükəsizlik Şurasında yalnız 5 dövlətin söz deməsi ədalətli deyil".
Aləmdə Nəsib
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Trampın husilərə qarşı əməliyyatı - Yaxın Şərqdə ABŞ-İran savaşının mümkün sonu
- ABŞ alimləri Trampa görə Avropaya köçürlər
- "Haber Global": "Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır"
- Aİ missiyasının Azərbaycan sərhədi yaxınlığında yeni görüntüləri yayıldı
- Məzhəkə mərkəzinə çevrilən Avropa Parlamenti - deputatlar ABŞ-dən Azadlıq heykəlini geri istəyirlər