Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Fazil Qasımova hökm oxundu
Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən son iclasda hökm oxunaraq, Fazil Qasımov 9 , Anar Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, prokuror Fazil Qasımovun 10, Anar Əliyevin isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onlar Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıblar. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.
Elgün Həsənli
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Arvadını qətlə yetirən 55 yaşlı kişinin etirafları: "Qızımın ailəsini dağıtdı, məni bezdirdi"
- Habil Vəliyevə bu dəfə daha ağır cəza verildi
- Sabiq bələdiyyə sədrinin bacısı ilə bağlı daha bir hökm çıxarıldı
- Xəstələrin bir milyon manatının mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə veriblər
- Biznesmeni qisas zəminində öldürən şəxsə 11 il həbs cəzası verildi