Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nicat Əliyev: "Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etmək niyyətindəyik"
"Nüvə enerjisindən istifadə iqlim dəyişikliyi probleminin həllində təmiz və etibarlı mənbədir".
"Report" xəbər verir ki, bunu Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbəri Nicat Əliyev COP29 çərçivəsində təşkil edilən panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, elektrik enerjisi istehsalı üçün nüvə enerjisindən istifadə istixana qazı emissiyalarını azaltmağa kömək edən və iqlim dəyişikliyi probleminin həllində mühüm rol oynayan təmiz və etibarlı mənbədir.
"Belə reaktorların istismarı karbon emissiyalarının sıfıra endirilməsinə və iqlim dəyişikliyinin təsirlərinin əhəmiyyətli dərəcədə yumşaldılmasına kömək edəcək", - o deyib.
Agentliyin rəhbəri qeyd edib ki, kiçik modul reaktorların tikintisi və istismarı məkan, vaxt, maliyyə, insan resursları, tullantıların utilizasiyası, həmçinin müvafiq qanunvericilik və normativ aktların qəbulu da nəzərə alınmaqla diqqətli planlaşdırma tələb edir.
"Tənzimləyici orqan kimi bunun bütün məsuliyyətini dərk edirik və gələcəkdə tənzimləmənin bütün mərhələlərində müvafiq milli qurumlar və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlıq etmək niyyətindəyik", - o vurğulayıb.
"COP29" teqi üzrə xəbərlər
- Azərbaycan XİN başçısı: "BMT TŞ-nin tərkibi 1940-cı illərin reallığını özündə əks etdirir"
- XII Qlobal Bakı Forumu növbəti panel müzakirəsi ilə davam edir
- Prezident İlham Əliyev Albaniya prezidenti ilə görüşüb
- Albaniya prezidenti: "Bakı forumu qlobal çağırışlar fonunda əhəmiyyətli hadisədir"
- ÜST rəhbəri: "Çətin danışıqlara baxmayaraq, COP29-da uğur əldə edildi"