Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İllərin hakimi vəzifədən getdi: Xaçatryana da hökm oxumuşdu
Bakı Hərbi Məhkəməsinin tanınmış hakimi Rafiq Abbasov təqaüdə göndərilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Rafiq Abbasov hakimlik fəaliyyəti üçün son yaş həddini başa vurub.
Onun sonuncu işi müdafiə nazirinin yeyintidə ittiham edilən mərhum sabiq müavini Fuad Məmmədovun məhkəməsi olub.
R.Abbasov həmin işdə yan hakim kimi iştirak edib. Həmin iş uzandığından o, tərkibdən ayrılıb. Ötən gün Abbasovu ezam gəlmiş hakimlərdən biri əvəzləyib.
Karyerası ərzində çox sayda səs-küylü cinayət işinə hakimlik etmiş R.Abbasov bir neçə gün əvvəl son hökmünü oxuyub. İttihamedici hökmlə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) sabiq maliyyə-xidmət rəisi polkovnik-leytenant Rəşad Məlikzadə 11 il 6 ay azadlıqdan məhrum edilib. Bununla da Rafiq Abbasov hakim kimi məhkəmə salonları ilə həmişəlik vidalaşıb.
Qeyd edək ki, R. Abbasov hakimlikdən əvvəl jurnalist fəaliyyəti ilə məşğul olub. Hüquq və jurnalistika diplomlu Abbasovun bir sıra qəzetlərdə yazıları dərc edilib.
O, hakimlik müddətində MTN generalları Mövlam Şixəliyev və Nizami Şirinov, sabiq birlik komandiri general Rövşən Əkbərov, general Nizami Məmmədov və digərləri barədə hökm çıxaran hakimlərdəndir. Azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirli bilinən Vaqif Xaçatryana hökm çıxaranlardan biri də Rafiq Abbasov olub.
"Bakı Hərbi Məhkəməsi" teqi üzrə xəbərlər
- Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib
- Levon Mnatsakanyan: "Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi"
- Mnatsakanyan: "İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın Hərbi Prokurorluğu araşdırıb"
- Lyova Mnatsakanyan: "Hər il Ermənistandan 7-8 min çağırışçı Azərbaycan ərazilərinə göndərilirdi"
- Lyova Mnatsakanyan: "Məni "vəzifə"yə Ohanyanın təqdimatı ilə Serj Sarqsyan təyin edib"