Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avtomobilin texniki xidmətində necə qənaət etmək olar: Ekspert məsləhətləri
Gələcəkdə avtomobilin texniki xidmətində qənaət etmək üçün hava və salon filtrlərini dəyişmək lazımdır.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Za rulyom" jurnalının avtoeksperti Aleksey Revin məlumat verib.
Onun sözlərinə görə, avtomobillərin əksəriyyətində bu əməliyyatları aparmaq çox asandır.
"Hətta onları böyük texniki baxışlarla əlaqələndirməyə ehtiyac yoxdur. Çünki bu elementlərin çirklənmə sürəti istismar şəraitindən asılıdır. Məsələn, az istifadə olunan avtomobillərdə hava filtrini bir neçə il dəyişməmək olar. Lakin salon filtrini ildə ən azı bir dəfə yeniləmək lazımdır, çünki onda insan sağlamlığı üçün zərərli bakteriyalar toplanır", - deyə ekspert qeyd edib.
Mütəxəssisin sözlərinə görə, mühərrikin iş qabiliyyətini uzatmaq üçün hər 7.5-10 min kilometr yol qət etdikdən sonra mühərrik yağını dəyişmək də vacibdir. Sürücü bu proseduru müstəqil şəkildə həyata keçirə bilər, lakin boşaltma tıxacına çıxış əldə etmək üçün ona baxış çuxuru və ya estakada lazım olacaq.
"Avto-moto" teqi üzrə xəbərlər
- "Avtousta" - Təmirinin mümkünsüz olduğu deyilən elektromobillər: HƏQİQƏTLƏR və MİFLƏR
- Yeni Çin avtomobili, yoxsa işlənmiş alman maşını? - Ekspertdən izahlı açıqlama
- "Volkswagen"in gəlirləri 30.6% azaldı
- Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn üç üsul
- Avtomobilinizi yavaş-yavaş məhv edən gündəlik vərdişlər hansılardır?