Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sudanda bazar qan gölünə döndü
Sudanın Çevik Dəstək Qüvvələrinin (ÇDQ) paytaxt Xartumun qərbindəki Umdurman bölgəsində həyata keçirdiyi hücumda çox sayda insan ölüb.
Oxu.Az xəbər verir ki, bunu ölkənin mədəniyyət və informasiya naziri, eyni zamanda da hökumət sözçüsü Xalid əl-İaysir sosial şəbəkədə açıqlayıb.
"Bu gün Ümdurmanda Sabrin bazarında üsyançı ÇDQ tərəfindən həyata keçirilən, uşaq, qadın və qocalar da daxil olmaqla, günahsız mülki şəxslərin ölümünə səbəb olan bu mənfur terror hücumunu şiddətlə qınayırıq", - İaysir "X" platformasındakı paylaşımında yazıb.
"Bu kütləvi qətlə və iyrənc cinayətə görə məsuliyyət daşıyanlar cavab verməlidirlər", - o qeyd edib.
Sudan Həkimlər Şəbəkəsi verdiyi açıqlamada hücumda 61 nəfərin həyatını itirdiyi, 65-dən çox insanın isə yaralandığını bildirib.
"Sudan" teqi üzrə xəbərlər
- Sudanda BMT helikopteri atəşə tutuldu: Ölənlər var
- ABŞ yeni siyahı hazırlayır: Hansı ölkə vətəndaşlarının ölkəyə girişi tamamilə qadağan ediləcək?
- Sudanda təyyarə qəzasında ölənlərin SAYI ARTDI: Aralarında keçmiş komandan da var
- Rusiya Qırmızı dənizdə hərbi baza qurur
- Sudan BƏƏ ilə 6 milyard dollarlıq müqaviləni ləğv edib