Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?
"Dolğun nahar edə bilməyən insanlar üçün səhər yeməyi son dərəcə vacibdir".
Oxu.Az Life.ru-ya istinadla xəbər verir ki, bunu qastroenteroloq, tibb elmləri namizədi Yekaterina Kaşux deyib.
O bildirib ki, diyetelogiyada rasional qidalanmanın ümumi prinsiplərinə əsasən, gün ərzində dörd dəfə yemək lazımdır:
"Yeməklər arasında fasilə 4-5 saat təşkil etməlidir. Sutkalıq kalori miqdarını isə aşağıdakı kimi bölüşdürmək tövsiyə olunur: 25 faizini səhər, 20 faizini ikinci səhər və qalan 35 və 20 faizini isə müvafiq olaraq, nahar və axşam yeməyində yemək".
Y.Kaşux bu balansın öz çəkisinə diqqət yetirənlər üçün vacib olduğunu vurğulayıb:
"Səhər yeməyini buraxsaq və ya qəhvə içib buterbrodla kifayətlənsək, o zaman nahara yaxın aclıq hissi güclənəcək".
Y.Kaşux izah edib ki, istənilən yemək balanslaşdırılmış olmalıdır və kifayət qədər zülalları, mürəkkəb karbohidratları və faydalı yağları ehtiva etməlidir, ona görə də, səhər yeməyi üçün qarışıqsız dənli bitkilərdən düzəldilmiş sıyığa, omletə, pendirə, qayğanağa və kəsmiyə üstünlük vermək olar:
"Heyvan zülallarının həzm edilməsi daha uzun çəkir, buna görə də, həzm sistemini həddən artıq yükləməmək üçün günün birinci yarısında balıq və ət yeməyin mənası var, səhərdən isə şəkər və duz məhdudlaşdırılmalıdır".
"Həkim məsləhəti" teqi üzrə xəbərlər
- 111 yaşlı britaniyalı qadın uzunömürlülüyünün sirrini açıqladı
- Dişlər üçün ən faydalı məhsullar açıqlandı
- İngiltərədə iki yaşlı uşaq bir öpüşə görə gözünü itirdi
- Eyni vaxtda həm COVID-19-dan, həm də qripdən qoruyan peyvənd hazırlanıb
- Süd məhsullarından başqa kifayət qədər kalsiumu olan beş gözlənilməz məhsul