Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Acun Ilıcalı: "Qalatasaray" rəsmiləri ağlamağa başladılar"
"Görüşü əcnəbi hakim idarə etdiyi üçün hesab 0:0 oldu. İdarəçilikdən bütün klublar, mütəxəssislər məmnundur, "Qalatasaray"dan başqa".
Oxu.Az xəbər verir ki, bu sözləri "Fənərbağça" klubunun vitse-prezidenti Acun Ilıcalı derbidən sonra jurnalistlərə açıqlamasında deyib.
"Qarşılaşma ədalətli şəkildə idarə olundu. Rəqib komandanın rəsmiləri artıq ağlamağa başlayıblar. İdarəçilikdən hər kəs məmnundur. Digər klub rəsmiləri, mütəxəssislər, azarkeşlər hər kəs Slavko Vinçiçin ədalətli oyun idarə etdiyini bildirirlər. Rəqib rəsmiləri isə türkiyəli hakimin penalti çağırışından danışırlar. Futbol oynamaq əvəzinə sadəcə başqa nüanslar axtarırlar. Bu gün Türkiyə futbolu adına çox şeyə şahidlik etdik", - deyə A.Ilıcalı bildirib.
Qeyd edək ki, "Qalatasaray"ın ev sahibi olduğu qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.
"Acun Ilıcalı" teqi üzrə xəbərlər
- Beş il həbsi istənilən Acun Ilıcalıdan ona qarşı irəli sürülən ittihamla bağlı açıqlama
- Acun Ilıcalıya qarşı ittiham aktı qəbul edildi: Məhkəməyə çıxarılacağı vaxt açıqlandı
- Acun Ilıcalı həbs oluna bilər
- Acun Ilıcalı və Mauro İkardi yenidən mübahisə etdilər
- Nihat Kahveci Acun Ilıcalını "yazıq" adlandırıb